"Bakı Dairəvi-1" yolu bu gün bağlı olacaq - Sürücülərin nəzərinə!
Bu gün Bakıda daha bir yol bağlı olacaq. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, qurum tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.
Anoloji işlər bu gün "Bakı Dairəvi-1" avtomobil yolunda aparılır. Rənglənmə işləri axşam saatlarınadək başa çatdırılacaq.