Əlaqə Arxiv
news Image
2017.04.07
11:18
| A A A
Çimərliklər yoxlanılacaq

“Yay mövsümü ilə əlaqədar gələn aydan ehtibarən çimərlik ərazilərdə dəniz suyunun monitorinqləri keçiriləcək”.  
Bu sözləri Movqe.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov deyib. Onun sözlərinə görə, monitorinq Səhiyyə Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə aparılır. “Monitorinq zamanı çimərliklərdə dəniz suyunun laborator müayinələri aparılır, kimyəvi, bakterioloji, radioloji və toksikoloji analizlərdən keçirilir. Laborator analizlərin nəticələrinə əsasən çimərliklərin hansının istifadəyə yararlı olub-olmadığına qərar veriləcək".

Qeyd edək ki, ötən il aparılmış müayinələrin nəticələrinə əsasən, Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zağulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan və Hövsan çimərliklərində dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilində olub. Qaradağ və Səbail rayonu ərazisində yerləşən “Sahil” və “Şıx”, habelə Sumqayıt çimərliklərində bakterioloji çirklənmə müşahidə olunub. Əhalinin sağlamlığı üçün ciddi təhlükə törətdiyi, əhali arasında yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsi nəzərə alınaraq, həmin çimərliklərdən istifadə qadağan edilib.

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz