Əlaqə Arxiv
news Image
2017.04.07
16:46
| A A A
Masallıda “Ordumuz – qürur mənbəyimizdir” mövzusunda konfrans keçirilib

Bu gün  Masallı rayon Gənclər və İdman İdarəsinin, Masallı rayon Təhsil şöbəsinin və Masallı Dövlət Regional Kollecin birgə təşkilatçılığı il ə Azərbaycan Ordusunun Aprel zəfərlərinin ildönümünə həsr olunmuş “Ordumuz – qürur mənbə yimizdir” mövzusunda konfrans keçirilib

  Tədbirin əvvəlində Aprel döyüşlərində həlak olmuş əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.        Sonra Aprel zəfərlərinin ildönümünə həsr olunmuş “Ordumuz – qürur mənbə yimizdir” mövzusunda vidioçarx nümaiş etdirildi.Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov  məruzə ilə çıxış edərək bildirib ki, 0 2-05 aprel 2016-cı ildə baş verən hadisələrdən artıq bir il ötür. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən Aprel döyüşləri Azərbaycan Ordusunun böyük qələbəsidir. Bu qələbə ermənilərin “məğlubedilməzliyi mifi”ni dağıtdı və Dağlıq Qarabağda mövcud status-kvonun dəyişilməsinin vacibliyini bir daha ortaya qoydu . Bir neçə gün bundaən əvvəl Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşü, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,   Heydər Əliyev   Fondunun prezidenti   Mehriban xanım Əliyeva nın   aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşü, Bir daha təsdiq etdi ki, Azərbaycan dövləti nəyin bahasına olursa-olsun təcavüzkarı qovacaq və işğal altında olan bütün torpaqları azad edəcək
            Daha sonar tədbirdə Masallı rayon müharibə, Əmək və Silahlı Qüvvələr veteranlar şurasının sədri Məmmədağa Şiriyev, Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov çıxış edərək bildirdilər ki, Azərbaycan üçün təkcə hərbi-texnika deyil, eyni zamanda, diplomatik-siyasi və mənəvi-psixoloji əhəmiyyət daşıyan aprel qələbəsinin müxtəlif tərəfləri haqqında çox danışmaq  olar. Aprel qələbəsi bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı öz ərazilərinin işğal altında qalması ilə barışmayacaq, düşmənə layiq olduğu cavabı verəcək və nəyin bahasına olursa-olsun torpaqlarını düşmən tapdağından azad edərək inşalla Azərbaycan bayrağını Şuşada ,Laçında, Xankəndində dalğalandıracaqlar.
Sonda Masallı Dövlət Regional Kollecinin müəllimi Cəmaləddin Əliyevin  tələbələrlə birgə hazırladığı  şeir kompazisiya təqdim edildi.
            ƏLİHÜSEYN ŞÜKÜROV.

Sizin Reklam Yeriniz