Əlaqə Arxiv
news Image
2017.04.10
17:40
| A A A
Ali məktəblərə və kolleclərə ərizə qəbulunun müddəti uzadılıb

I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ərizə qəbulunun müddəti 11 aprel saat 23:59-dək uzadılıb.

Dövlət İmtahan Mərkəzindən Movqe.az-a verilən məlumata görə, abituriyentlər qeyd olunan tarixədək elektron ərizələrini təsdiq edə bilərlər. Elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan və ya hər hansı bir səbəbdən ərizəsini özü təsdiq edə bilməyən abituriyentlər üçün SQK-lar aprelin 11-də saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək.

Elektron ərizəsinin təsdiq olunmasını təmin etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaq.

Sizin Reklam Yeriniz