Toya gedən 21 yaşlı oğlan komaya düşdü
Bakıdan Gədəbəy rayonuna toya gedən 21 yaşlı oğlan komaya düşüb. Bu barədə Tovuz rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumatda bildirilir ki, hadisə aprelin 9-da baş verib. Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Süleymanov Elmar Namiq oğlu Gədəbəy rayonunda iştirak etdiyi toy məclisində komaya düşüb. Xəstə təcili olaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub. E.Süleymanov bu gün səhər saatlarında komadan ayılıb və evə buraxılıb.
Məlumata görə, E.Süleymanovda isterik tutma olduğundan o, komaya düşübmüş. Trend