Əlaqə Arxiv
news Image
2017.04.12
13:26
| A A A
Şamaxı şəhərindəki AR Vergilər Nazirliyinin Tədris Mərkəzində Azərbaycanda ilk dəfə "I Milli Mühasiblər Forumu" keçirilib

Şamaxı şəhərindəki AR Vergilər Nazirliyinin Tədris Mərkəzində Azərbaycanda ilk dəfə "I Milli Mühasiblər Forumu" keçirilmişdir. Forum Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Respublikası Auditorlar Palatası, İqtisadi Resursların Öyrənilməsi İB, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühasiblər Birliyi və  SİNAM şirkətinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.

Tədbiri keçirməkdə məqsəd baş mühasibləri, mühasibatlıq sahəsində çalışan alimləri, ictimai xadimləri və digər maraqlananları bir araya toplayaraq mövzular ətrafında müzakirələr aparmaq, innovativ fikirləri paylaşmaq, təklif və tövsiyələr hazırlamaq, o cümlədən respublikamızda Milli Mühasiblərin forumunu qurmaqdan ibarət olmuşdur.
Forum Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Firuzə Abdullayevanın nitqi ilə  başlamışdır.  Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası vitse-prezidenti Vüqar Zeynalov, Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndəsi Mirəli Kazımov, Azərbaycan Auditorlar Palatası sədrinin müşaviri Nəcəf  Talıbov, SİNAM şirkətinin  direktoru Əbülfət Rəhmanov çıxışlarında “I Milli Mühasiblər Forumu”nun  Mühasibatlığın inkişafındakı əhəmiyyətindən, mövcud problemlərin həllinin tapılmasında, qanun¬vericiliyin təkmilləşməsində böyük rol oynayacağını söyləmişdilər.
Forumda 4 bölmədə: Mühasibat Uçotu sahəsində hüquqi baza və yeni çağırışlar, Vergi islahatlarının uçota təsiri, Mühasibatlıq sahəsində təhsil və sertifikasiya və Mühasibatliqda İKT: Milli və beynəlxalq proqramların  qarşılıqlı əlaqəsi məruzələr dinlənilmiş və müzakirələr aparılmışdır.
Tədbirdə II Milli Mühasiblər Forumunun təşkilat komitəsi də qurularaq 14 nəfər üzv seçilmişdir. 
Tədbirin sonunda  Ruslan Atakişiyev və Radil Fətullayevin aparıcılığı ilə Mühasibat uçotu üzrə Respublika I Breyn-rinqi keçirilmişdir. Breyn-rinqdə “HAYKS” komandası qalib gəlmişdir.

Sizin Reklam Yeriniz