Əlaqə Arxiv
news Image
2017.04.12
14:45
| A A A
Baharın “uduş yağışı” davam edir
“Futbol 3” ani lotereyası isə daha 251min 697 ədəd uduşu ixtiyarınıza verir

Adətən baharın ilk ayı uduşlarla zəngin olur və ötən mart ayı da istisna olmadı. Məhz bu ayda uduşların zəngin olacağı iddiası, əsasən “Binqo+8” və “Bahar Sevincləri” lotereyalarının 5 min manat, 10 min manat və 20 min manat məbləğində 15 uduş təklifindən qaynaqlanırdı. Lakin cari ilin martında nəticə gözlənildiyindən qat-qat yüksək oldu.

Belə ki, artıq mart ayının 1-də baharın ilk sanballı uduşu qeydə alındı. Həmin gün “Klassik Loto” lotereyası 55 min manat məbləğində “Cek Pot” uduşu ilə bəxtəvər bir həmvətənimizin evinə sevinc gətirdi. Bir həftə sonra “Binqo+8” lotereyasının tirajında yüzlərlə həmvətənimiz irili-xırdalı çoxsaylı uduşlar, o cümlədən 10 min manat məbləğində olan 8 uduşla 8 Mart bayramına uduş bayramı da əlavə etdilər.

Mart ayının növbəti möhtəşəm uduşu yeni - “4+4” lotereyasının 10 mart tarixli ilk tirajında qeydə alındı, 50 min manat məbləğində “Cek Pot” uduldu. Lakin “4+4” lotereyasının mart “macərası” bu uduşla bitmədi. Bu unikal lotereyanın növbəti 17 mart tarixli ikinci tirajında yenə də “Cek Pot” uduldu. İki tiraj və dalbadal iki “Cek Pot” uduşu! İndi bu lotereyanın “Cek Pot”unun məbləği 2 min 560 manatdır və artıq iştirakçıların əsas hədəfi 82 min 80 manat məbləğində möhtəşəm “MeqaPot”dur.

Baharın ilk ayında qeydə alınan çoxsaylı uduşlar “Novruz”da da lotereyasevərlərə bayram ovqatı bəxş etdi. Mart ayının 24-də populyar bayram layihəsi olan “Bahar Sevincləri” lotereyası uğurla başa çatdı və həmin axşam iki evdə bahar bayramına 10 min manat və 20 min manat məbləğində uduş bayramları əlavə olundu. Onlarla lotereya həvəskarları 1 min manatdan 5 min manatadək uduşların sevincini yaşadılar.

Mart ayı başlayandan müşahidə olunan əsil “yaz uduş yağışı”nın ardınca “5/36” lotereyasının 27 mart tarixli tirajında 58 min 30 manat məbləğində daha bir möhtəşəm “Cek Pot” uduşu qeydə alındı. İki həmvətənimiz baharın ilk ayını hərəyə 29 min 15 manat məbləğində gözəl uduşla başa vurdular. Bundan başqa, uğurla fəaliyyət göstərən populyar “Uğurlu Rəqəm 9” , “Qoşa Şans 3”, “Super Uğurlu Rəqəm”, “Super 8”, “Çempionat” və digər lotereyaların uduşlarına yüzminlərlə yeni uduşlar əlavə olunub. Bircə faktı qeyd etmək istərdik ki, təkcə cari ildə bu uduşlara 749 min 788 uduş “Uğurlu Rəqəm 9” ani lotereyasından, 242 min 45 uduş isə “Topla Qazan” ani lotereyasından əlavə olunub.

Daha bir layihə - “Futbol 3” ani lotereyası 251 min 697 ədəd uduşla lotereyasevərlərin ixtiyarına verilir. Bu lotereyanın unikallığı ondadır ki, hər bir bilet beş oyun imkanı verir. Biletin üzərində yerləşən beş üstüörtülü oyun zolaqlarının (“Oyun 1”, “Oyun 2”, “Oyun 3”, “Oyun 4”, “Oyun 5”) qoruyucu səthini pozmaq lazımdır. Hər bir oyun zolağı üç hissədən ibarətdir: “Sən”, “Rəqib” və “Uduş”. Oyun zolağının “Sən” xanasında qeyd olunan rəqəm “Rəqib” xanasında qeyd olunan rəqəmdən böyük olduğu halda bilet uduşlu sayılır və “Uduş” xanasındakı məbləği udur.

Bu lotereyada sizi kiçik bir sürpriz də gözləyir. Biletin üzərində yerləşən “Penalti” üstüörtülü xanasını pozmaq lazımdır. Xananı pozduqdan sonra, altında 1 (bir) manat qeyd olunduğu halda bilet uduşlu sayılır. Yeri gəlmişkən, bir biletdə bir neçə uduş olduğu halda uduşlar cəmlənir. Beləliklə, hazırda ani lotereyalarda milyon ədəddən çox uduş öz sahiblərini gözləyir.

Tirajlı lotereya həvəskarlarına gəldikdə isə, həftənin bazar ertəsi “Binqo”dan 60 min manat məbləğində “Fortuna” və 75 min manat məbləğində “MeqaPot”, çərşənbə tirajında “Klassik Loto”dan 51min manat və cümə tirajında “4+4”dən 82 min 80 manat məbləğində “MeqaPot”lar qalibləri gözləyirlər. İntellektual lotereyalara gəldikdə isə, öncə qeyd etməliyik ki,lotereyasevərlərin istəyini nəzərə alan “Azərlotereya” ASC bu lotereyaların tirajlarının sayını artırdı və artıq “5/36” və “6/40” lotereyalarının tirajları hər gün

keçirilir. Yeri gəlmişkən, gərgin keçən son tirajlarda intellektual lotereya həvəskarları “6/40” lotereyasını hədəfə alıblar. Bu lotereya iştirakçılara 100 min manatı üstələyən möhtəşəm “Cek Pot” təklif edir. Təklifləri yetərincə dəyərləndirin və bu bahar mütləq udun.

Sizin Reklam Yeriniz