Komitə sədri: "Sovetski"də sökülən məscidlərin əvəzinə yeniləri tikiləcək
Bakının “Sovetski” adlanan ərazisində sökülən məscidlərin əvəzinə yeni məscidlər tikiləcək. Movqe.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı qeyd edib ki, həmin məscidlərin əvəzinə "Sovetski" adlanan ərazidə yer müəyyən edilib yeniləri tikiləcək:
"Sökülən məscidlər çox köhnə, yararsız vəziyyətdədir, eyni zamanda qeydiyyatı yoxdur. Orada özünüz də baxsanız görərsiniz ki, məscidlər yararsız vəziyyətdədir”.
Dövlət Komitəsinin sədri bildirib ki, bəziləri məsələdən siyasi məqsədlər üçün istifadə etməyə çalışır.