Əlaqə Arxiv
news Image
2017.04.12
17:56
| A A A
Nəqliyyat vasitəsində gizlədilən siqaretlər gömrükdə aşkarlanıb (FOTO)

Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına Rusiya istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21124" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin istilik sobasının altından gömrük nəzarətindən gizlədilən 2800 ədəd "NZ Gold Compact" və 2000 ədəd "Portal Gold" markalı, ümumilikdə 4800 ədəd siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz