Əlaqə Arxiv
news Image
2017.04.14
13:17
| A A A
Milli Məclis İTV Yayım Şurasına 3 yeni üzv seçib - SİYAHI

 Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə 3 yeni üzv seçilib.
Movqe.az-ın xəbərinə görə, namizədlər Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının aparat rəhbəri Həsən Cəfərov və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərov olub.
Onlardan Azər Həsrət, Muxtar İmanov və Həsən Cəfərov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına üzv seçiliblər.
Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Sizin Reklam Yeriniz