Əlaqə Arxiv
news Image
2017.04.14
15:36
| A A A
Filtrsiz siqaretin istehsalı qadağan edilsin - TƏKLİF

Azərbaycanda filtrsiz siqaretin istehsalı tam şəkildə qadağan edilməlidir.

Movqe.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Rüfət Quliyev parlamentdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi zaman deyib.

R.Quliyev bildirib ki, filtrsiz siqaretin ziyanı filtrli siqaretdən 3-4 dəfə çoxdur.

Deputat əlavə edib ki, Azərbaycana xaricdən gətirilən siqaretlərin keyfiyyəti ciddi şəkildə yoxlanılmalıdır:

“Bunun üçün xüsusi laboratoriyalar var və həmin laboratoriyalarda xaricdən gətirilən siqaretin qutusunun üstündə yazılan məlumatlara uyğun olub-olmaması müəyyən edilməlidir”.

Sizin Reklam Yeriniz