Əlaqə Arxiv
news Image
2017.04.17
09:45
| A A A
Füzulidə 1 ədəd partlamış top mərmisi tapılıb (FOTO)

Füzuli rayonu, Əhmədalılar kəndində 1 ev və həyatyanı sahəyə baxış keçirilib.

ANAMA-dan Movqe.az-a verilən məlumata görə, baxış zamanı 1 ədəd 125 mm-lik partlamamış top mərmisi (BM-22) və 1 ədəd partlamış PQ raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, nəticə etibarilə 150 kv.m ərazi yoxlanılıb.

(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 16 aprel 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 7 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 159 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 5 130 ədəd partlamamış hərbi sursat, 81 ədəd tank əleyhinə mina və 9 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 913 594 kv.m ərazi (525 108 kv.m əl ilə, 535 400 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 740 086 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Sizin Reklam Yeriniz