Əlaqə Arxiv
news Image
2017.04.18
10:44
| A A A
Mikayıl Müşfiq küçəsində rənglənmə işləri aparılır

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq, Yasamal rayonu Mikayıl Müşfiq küçəsində müvafiq işlər aparılır.

ASC-dən Movqe.az-a  verilən məlumata görə, rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Sizin Reklam Yeriniz