Leyləklər sakinləri işıqsız qoydu
Fransanın şimal-şərqində iki leylək mindən çox sakinin işıqsız qalmasına səbəb olub.
Movqe.az-ın trend-ə istinadən məlumatına görə, leyləklər elektrik ötürücü xətlərinin üzərində yuva qurmağa başlayıb.
Nəticədə naqillərdə qısaqapanma baş verib və iki əyalətin sakinləri işıqsız qalıb.
Aparılan təmir işləri nəticəsində elektrik enerjisi bərpa edilib. Leyləklərin yuvalarına isə toxunulmayıb.