Bu ilin 3 ayı ərzində Azərbaycanda 108 nəfərdə İİV-ə yoluxma faktı aşkarlanıb. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan Movqe.az-a verilən məlumata görə, onlardan 107-i (99%) Azərbaycan vətəndaşı, 1-i (1%) isə əcnəbidir. Məlumata görə, Ədliyyə Nazirliyi tərəfindən 2017-ci ilin I rübü ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə məhkəmə-narkoloji tibbi yoxlamadan keçmək üçün 545 nəfər göndərilibdir. Onlardan 369 nəfərinə narkomaniyadan məcburi müalicə təyin edilibdir. Ümumilikdə Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunub. 1987-ci ildən 01 aprel 2017-cı il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunub 6293 nəfər qeydiyyata götürülübdür ki, onlardan 6086-ı (96,7%) Azərbaycan vətəndaşı, 207-i (3,3%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 4649-u (73,8%) kişi, 1644-ü (26,2%) qadındır. İİV-ə yoluxması təsdiq olunub, 6293 nəfərdən 2979-da İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş veribdir, onlardan 2190 (74,5%) nəfər dispanser qeydiyyatındadır. 01.04.2017-ci il tarixinə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 3653 nəfər təşkil etmişdir ki, onların da 1677 nəfəri İNİ olmuşdur. Cari ilin 3 ay ərzində isə ART-yə cəlb olunan 115 pasiyentdən 24 nəfərində İNİ aşkar edilibdir.
Zülfiyyə QULUYEVA