Əlaqə Arxiv
news Image
2017.04.19
11:45
| A A A
Mobil telefonların ölkəyə qanunsuz gətirilməsinin qarşısı alınıb

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz" markalı nəqliyyat vasityəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Movqe.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsindəki sərnişinin çantasından gömrük orqanına bəyan edilməyən 3 ədəd "Samsung Galaxy J1", 4 ədəd "Samsung Galaxy J1 mini Prime", 9 ədəd "Samsung Galaxy J1 Ace", 5 ədəd "Samsung Galaxy J2", 2 ədəd "Samsung Galaxy J3" markalı, ümumilikdə 23 ədəd mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz