Əlaqə Arxiv
news Image
2017.04.19
09:38
| A A A
Narkotik maddə alverçiləri arasında qadınlar da var-Rəsmi

Bu ilin ilk 3 ayında Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb edilən şəxslərin sayı açıqlanıb. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan Movqe.az-a verilən məlumata görə, cinayət məsuliyyətinə 639 nəfər cəlb edilib. Məlumata görə, onlardan 1-i 18 yaşadək, 57-i 18-25 yaşadək, 87-i 26-29 yaşadək, 494-ü 30 yaşdan yuxarı, 7-i fəhlə, 1-i qulluqçu və ya maddi məsul şəxs, 578-i işsiz, 630-u kişi, 9-u qadın, 7 nəfəri isə xarici ölkə vətəndaşı olub. Onlardan da ümumilikdə 5 kq-dan artıq narkotik vasitə və psixotrop maddə götürülüb. Əcnəbilərdən 1-i İran, 3-ü Gürcüstan, 3-ü isə Rusiya Federasiyası vətəndaşı olub. 

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz