Bu ilin 3 ayı ərzində Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 7256 nəfər keçibdir. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan Movqe.az-a verilən məlumata görə, onlardan 403 nəfəri narkotik vasitələlərin istifadəsinə görə müayinə olunub, 252 nəfər istifadəçi aşkar olunaraq müvafiq qeydiyyata götürülübdür. Həmçinin, car ilin 3 ayı ərzində 833 nəfər stasionar müalicəyə qəbul olunubdur ki, onlardan 308 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları”, 519 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicəyə qəbul edilibdir.
Zülfiyyə QULUYEVA