Əlaqə Arxiv
news Image
2017.04.21
11:38
| A A A
Siqaretdən imtina üçün müraciət edən qadınların şok statistikası-Eksklüziv
Şəhla Mirzə-zadə: "Kabinetə gələn qadınlar 30 yaşdan yuxarı yaş həddindədirlər"

Azərbaycanda Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) ambulator şöbəsinin nəzdində yaradılan tütündən imtina üzrə tibbi məsləhət kabinetinə siqareti tərgitmək üçün 38 qadın müraciət edib. Bu barədə Movqe.az-a məlumatı  kabinetinin həkim-konsultantı Şəhla Mirzə-zadə verib. O bildirib ki, layihə başlayandan başa çatan müddətədək siqaretdən imtina ilə bağlı 171 müraciət daxil olub: “Bura həm kabinetin “qaynar xətt”inə edilən zənglər, həmçinin də kabinetə gələnlər daxildir. Onlardan 129-u məsləhət üçün “qaynar xətt”ə zəng edib, 42 nəfəri isə siqaretdən imtina üçün kabinetə gəlib. 129 nəfərdən 91-i kişi, 38-i qadındır. 38 qadından 4 nəfəri atasına görə, 11 nəfəri oğluna, 6 nəfəri qardaşına, 12 nəfəri isə həyat yoldaşına  görə zəng etdiyini söyləyib. Kabinetə gələn 42 nəfərdən isə 38-i kişi, 4-ü qadındır. Həmin 42 nəfərdən 27-i siqaretdən imtina ilə bağlı uğur əldə edib. Onlardan 14-ü siqareti azaltma ilə, 28-i isə birdəfəlik tərgidib. Kabinetə gələnlərin mütləq əksəriyyəti Bakı, yalnız 1 nəfər Göyçay şəhər sakinidir. Müraciət edənlərin ikisi 15-17 yaşda olan pasiyetlərdir. 70-nəfəri 18-24 yaş, 33-ü 25-34 yaş, 39-u 35-44 yaş, 20-i 45-54 yaş, 11-i 55-64 yaş, 8 nəfəri isə 65-75 yaşda olan pasiyentlərdir. Müraciət edən pasiyentlərdən 37-i 10 ildir bu zərərli vərdişə aludə olduğunu, 31 nəfəri 10-20 il, 23 nəfəri 20-30 il, 14 nəfəri 30 ildən çox, 10 nəfəri isə 40 ildir ki, siqaret çəkdiyini söyləyib. Onlardan 50 nəfəri gün ərzində 1 qutu, yəni 20 ədəd, 58 nəfəri bir gündə 20-40 ədəd, 15 nəfəri 40 ədəddən çox siqaret çəkdiklərini söyləyiblər”.
Həmsöhbətimiz bildirib ki, kabinetə gələn qadınlar 30 yaşdan yuxarı yaş həddindədirlər: “Onlardan biri 40 yaşdan yuxarı qadındır. Həmin qadınlar siqaretə aludə olma səbəblərini ailə həyatlarındakı uğursuzluqla əlaqədar stresə düşmələri ilə izzah ediblər".

Zülfiyyə QULUYEVA  

Sizin Reklam Yeriniz