Ceyran dərisinə yazılmış qədim Tövrat aşkar edilib
Türkiyənin Adana vilayətində avtomobildə axtarış aparan polis əməkdaşları ceyran dərisinə yazılmış Tövrat aşkar ediblər.
Movqe.az-ın məlumatına görə, tarixi əsər qaçaqmalçılığında şübhəli bilinən 3 nəfər saxlanılıb.
Şübhəlilər ilk ifadələrində əlyazmadan xəbərsiz olduqlarını iddia ediblər.
Tarixi əlyazma Adana Muzey İdarəsinə göndərilib.