Əlaqə Arxiv
news Image
2017.04.24
15:11
| A A A
Balakəndə 8 otaqlı ev yanıb

Balakən rayonunda vətəndaşa məxsus 8 otaqlı evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a  verilən məlumata görə, rayonun Katex kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 280 m² olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyü və 2-ci mərtəbəsinin tavanı 140 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sizin Reklam Yeriniz