Əlaqə Arxiv
news Image
2017.06.07
16:08
| A A A
"WhatsApp'a 3 yeni xüsusiyyət gəldi

"WhatsApp" istifadəçilərinə 3 yeni xüsusiyyət əlavə edildi. Movqe.az xəbər verir ki, yeniliklərdən biri və ən funksional cavabın qısa yolla verilə bilinməsidir. "WhatsApp" istifadəçiləri cavab vermək istədiyi mesajı sağa doğru sürüşdürərək sürətli bir şəkildə cavab verə biləcək. Beləcə hər dəfə mesajın üstünə tutaraq 'cavablandır' düyməsinə basmağa ehtiyac qalmayacaq. Bundan başqqa, "WhatsApp'da qarşı tərəfə göndərmək istədiyimiz mesajlara rəngli filtrlər əlavə edə biləcəyik. Beləcə fotoşəkil, video göndərərkən, ekranı yuxarı sürüşdürərək rəngləri seçmək mümkün olacaq.  6 fərqli filtr içindən ən bəyəndiyinizi seçə bilərik. Digər bir yenilik isə yenə də yuxarıdakı ekran görünüşündə göründüyü fotoşəkillərin qruplaşdırıldırılmasıdır. "WhatsApp'ın bu yeniliyi də bəyəniləcək. Çünki zaman-zaman ard-arda gələn fotoşəkillər can sıxıcı ola bilər və bəzilərin gözdən qaçması mümkündür. Bu yenilik istifadəçilərə daha nizamlı görünüş təqdim edilmiş olacaq.

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz