Əlaqə Arxiv
news Image
2017.06.09
14:44
| A A A
Facebook-dan qeyri-adi vakansiya

Facebook şirkəti öz saytında Rusiya hakimiyyət orqanları ilə əlaqələr üzrə menecer vakansiyası elan edib.

Movqe.az lent.az-a istinadən xəbər verir ki, menecerin iş yeri olaraq Varşava göstərilib.
 
Onun vəzifələrinə qanunvericilikdə sosial şəbəkələrə toxuna biləcək son dəyişikliklərin monitorinqi, məmurlarla görüşlərdə Facebook-un maraqlarının təqdim olunması daxildir.
 
Namizəddən rus dilini ideal səviyyədə, ingilis dilini isə danışıq dili səviyyəsində bilmək, yüksək rütbəli məmurlarla iş və mətbuat katibliyi təcrübəsi, eləcə də internet və "Facebook"un cəmiyyətin faydasına olmasına inanmaq tələb olunur. 

Sizin Reklam Yeriniz