"iPhone 8" inanılmaz yeniliklərlə gəlir
Applenin uzun bir müddətdir iPhone 8 üçün olan planları texnologiya dünyasına sızmış vəziyyətdədir. Movqe.az xəbər verir ki, Galaxy S8 və LG G6-da olduğu kimi bütöv ekran dizaynına malik iPhone 8 yenə gizliliyə nail ola bilmədi. Belə ki, iPhone 8-in ön tərəfində iki ədəd kamera olacaq. Bu kameraların biometrik üz tanıma xüsusiyyətləri olacaq. Son iddialara görə, iPhone 8-in ön kamerası yeniliyə imza ataraq, 4K dəqiqliyində 60 FPS-də video çəkə biləcək. iPhone 5S və sonrakı modellərində ekranda yer alan Touch ID bu səfər ekrana inteqrasiya ediləcək. Ancaq iPhone 8-də ana ekran menyusuna dönmə əməliyyatının necə reallaşdırılacağı hələ bilinmir. iPhone 8-in qiymətinin isə 1.100 dollar səviyyəsində olması gözlənilir.
Mübariz Bayramov