"Nokia" yeni 3310 modelini təqdim etdi
Finlandiyanın HMD Global şirkəti Nokia 3310 telefonunun yeni versiyasını təqdim edib.
Movqe.az-ın məlumatına görə, təqdimat Çində keçirilib.
2017-ci ildə buraxılmış model ilə müqaisədə telefon daha böyük ölçülü korpus ilə təchiz edilib. Bundan əlavə, aparat Wi-Fi modem kimi də istifadə oluna bilər.
Nokia 3310 – un 4G VoLTE şəbəkəsini dəstəklədiyi bildirilir.
İlk olaraq telefon yalnız Çində satışa çıxarılacaq. Onun qiyməti barədə hələlik məlumat verilmir.
Nokia 3310 ilk dəfə 2000-ci ilin sonunda buraxılıb. O vaxtdan dünya üzrə 126 milyon qurğu satılıb.
Trend