Əlaqə Arxiv
news Image
2018.06.01
10:44
| A A A
“Bakcell”in dəstəyilə daha iki gənc kiçik biznes qurdu

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi ilə həyata keçirdiyi layihə sayəsində daha iki gənc öz kiçik biznesini qurub.

“Bakcell”in dəstəyi sayəsində icra olunan “Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsində öz biznes planı ilə fərqlənmiş layihələrdən birinin – “Meyvə bazarı” dükanının açılışı Gəncə şəhərində baş tutub. Şirkət “SOS Uşaq Kəndləri”nin himayəsində böyümüş gənclərin biznes ideyalarını reallaşdırmaq üçün maliyyə vəsaiti ayırıb.

“Bu gənclər öz bacarıqları və əzmləri ilə böyük uğura imza atıblar. Bakcell şirkəti olaraq, bu uğurun bir parçası olmaqdan qürur duyuruq. İnanırıq ki, pilot layihəmizdə iştirak edən gənclərin göstərdiyi nəticə başqa gənclər üçün də gözəl nümunə olacaq”, deyə Bakcell şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Süheylə Cəfərova bildirib.

Layihə çərçivəsində biznes planın hazırlanması üzrə təlim keçən, Beynəlxalq Əmək Təşkilatının master təlimçisi Azad Rəhimov Bakcell şirkətinin bu layihədə iştirakını yüksək dəyərləndirib: “Uzun illərdir ki, Azərbaycanda müxtəlif layihələr çərçivəsində gənclərin biznes ideyalarının reallaşmasına dəstək göstəririk. Mən çox sevinirəm ki, yerli təşkilatlar və bizneslər arasında ilk olaraq Bakcell şirkəti ölkədə gənclərin sahibkarlığına bu şəkildə dəstək göstərdi”.

Yeni dükanın sahibləri Kamran Hüseynov və Mahal Quliyev Gəncə şəhərində bir müddət meyvə-tərəvəz ticarəti ilə məşğul olub və bu işi yaxşı mənimsəyiblər. Layihə ideyasının qymətləndirilməsində əsas meyarlardan biri də onların bu sahədəki təcrübəsi olub.

““Öz biznesinə başla və təkmilləşdir” layihəsi bizim üçün çox faydalı oldu. Bizim bu sahədə təcrübəmizi var idi, lakin təlimlər vasitəsilə öz bilik və bacarıqlarımızı inkişaf etdirdik. Eyni zamanda, öz biznesimizi qurmaq üçün bizə maliyyə vəsaitinin ayrılmasını çox yüksək dəyərləndiririk. Çalışacağıq ki, bizə göstərilən etimadı doğruldaq”, deyə Kamran Hüseynov bildirib.

Qeyd edək ki, layihənin ötən il həyata keçirilən birinci mərhələsində “SOS Uşaq Kəndləri – Azərbaycan“ Assosiasiyasının himayəsində olan 15 gənc “Öz biznesinə başla və təkmilləşdir” adlı təlimlərdə iştirak edib. Qiymətləndirmə nəticəsində ən yüksək nəticələr nümayiş etdirən 3 uğurlu biznes layihəsi Bakcell şirkəti tərəfindən maliyyələşdirilib. Bu biznes layihələri Bakı şəhərində “Floristika gül dükanı” və “Çay evi”, Gəncə şəhərindən isə “Meyvə bazarı” layihələridir.

Xatırladaq ki, Bakcell şirkəti 2009-cu ildən etibarən “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir.

Sizin Reklam Yeriniz