Əlaqə Arxiv
news Image
2018.06.06
17:48
| A A A
"Bakcell" Gəncədə məzun yarmarkasına qatılıb

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" Gəncə şəhərində keçirilən 10-cu məzun yarmarkasında fəal iştirak edib.
 
İKT.lent.az-ın xəbərinə görə, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsinin tədris korpusunda təşkil olunan və 164 müəssisənin iştirak etdiyi “Məzun 2018” yarmarkasında "Bakcell" şirkətinin satış və marketinq departamentlərində mövcud olan vakansiya və təcrübə imkanları təqdim olunub. Şirkətin nümayəndələri tələbə və məzunlarla müsahibələr keçirib.
 
Məzun yarmarkasında quraşdırılmış "Bakcell" stendi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbirdə "Bakcell" şirkəti tərəfindən tələbələrə pulsuz CİN nömrə və hədiyyələr, ADAU-nun seçilmiş 3 tələbəsinə isə xüsusi hədiyyələr təqdim olunub.
 
Özünün genişmiqyaslı korporativ sosial fəaliyyətinə görə seçilən Bakcell şirkəti, Azərbaycan gənclərinin təhsili və peşəkar inkişafını diqqət mərkəzində saxlayır və gənclərin məşğulluğunun inkişaf etdirilməsinə böyük töhfə verir. Təkcə cari il ərzində şirkət ADA Universiteti, Qərbi Kaspi Universiteti, ADNSU və ADAU-nun keçirdiyi karyera sərgilərində iştirakla yanaşı, özünün ənənəvi yay təcrübə proqramını elan edib və gənclərin karyera və təhsilinə dəstək məqsədini daşıyan digər layihələri uğurla həyata keçirib.
 
"Bakcell" şirkəti gənclərin təhsil almasına və karyera  qurmasına dəstək göstərmək və beləliklə, Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verməyə yönəlmiş uğurlu fəaliyyətini davam edəcək.

Sizin Reklam Yeriniz