Əlaqə Arxiv
news Image
2018.06.27
10:46
| A A A
"Instagram"a yeni funksiya əlavə edildi

"Instagram" sosial şəbəkəsi istifadəçiləri üçün yenilik edib.

Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, şəbəkənin sonuncu yenilənməsində artıq görüntülü zənglər də etmək mümkün olacaq. Həmçinin, proqramda tematik kanallar və fotoşəkillər üçün yeni effektlər də mövcud olacaq. Videozəngdə eyni zamanda 4 nəfər iştirak edə bilər.

 

Qeyd olunur ki, istifadəçilər videoçatda olduğu zaman tətbiqdə digər funksiyalardan da istifadə edə bilərlər.

Şəkillərin və qısa videoların paylaşılması üçün "Instagram" tətbiqi 2010-cu ilin oktyabr ayında işə salınıb və ilk öncə yalnız "Apple" şirkətinin mobil qurğuları üçün nəzərdə tutulub. 2012-ci ilin aprelində servis "Android" platformasının istifadəçiləri üçün də əlçatan olub. Məhz o zaman, "Facebook" şirkəti "Instagram"ı 1 milyon dollara alıb.

Sizin Reklam Yeriniz