İnstagram-ın qurucuları istefa verirlər
Hazırda sosial media nəhənginə çevrilən Instagram-ı 8 il əvvəl quran Kevin Sistorm və Mayk Kriqer istefa verir.
Movqe.az xəbər verir ki, 2 il sonra Facebook tərəfindən alınan Instagram-ın qurucuları istefanın səbəbini açıqlamırlar.
Bu barədə məlumat şirkətin rəsmi səhifəsində verilib. Kevin Sistorm da şəxsi bloqunda şirkətdən ayrılmaq istədiyini bildirib.
Qeyd edək ki, 6 il əvvəl Facebook Instagram-ı 1 milyard dollara alıb.
milli.az