Əlaqə Arxiv
news Image
2018.10.02
15:35
| A A A
Azərbaycanda sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qanun layihəsi hazırlanır

Azərbaycanda “Sosial şəbəkələrin statusunun tənzimlənməsi haqqında” yeni qanun layihəsi hazırlanır.   

Movqe.az-ın report-a istinadən əldə etdiyi məlumata görə, hazırda ilkin variantda 1 fəsil və 9 maddədən ibarət olan layihədə sosial şəbəkələrdən istifadə, informasiya yayımı və s. məsələlərlə bağlı hüquqi tənzimlənmələr əksini tapıb.

Qanun layihəsinin yaxın vaxtlarda Milli Məclisin komitələrində müzakirəyə çıxarılması gözlənilir.

Layihə üzərində işin yekunlaşacağı təqdirdə sənədin Milli Məclisin payız sessiyasında, yaxud növbəti sessiyada müzakirəyə çıxarılması mümkündür. 

 

Sizin Reklam Yeriniz