Əlaqə Arxiv
news Image
2020.08.19
19:20
| A A A
“Google Meet” videozəngləri televizor ekranlarına translyasiya ediləcək

“Google” şirkəti populyarlaşmaqda olan “Google Meet” videokonfranslar servisi üçün növbəti yeniliyi istifadəyə verib.

Xarici saytlarda gedən xəbərlərdə deyilir ki, şirkət “Chromecast” rəqəmli mediapleyeri vasitəsilə “Google Meet” videozənglərini televizor ekranlarına translyasiya etməyə imkan verən yeniləməni yaymağa başlayıb.

Məlumata görə, iş üçün “Chromecast” qurğusuna qoşulmuş kompüter və televizor və ya “Chromecast” texnologiyasının quraşdırıldığı televizor/ekran tələb olunacaq. Kompüterdə “Chrome” brauzerinin ən son versiyasının quraşdırılması mütləqdir.

Qeyd edək ki, televizora translyasiya zamanı konfrans üçün səs və video kompüterin kamera və mikrofonu vasitəsilə qeydə alınacaq. Yeni video görüşün translyasiyasına başlamaq, eləcə də davam edən video zəngi böyük ekrana köçürmək mümkündür.

Sizin Reklam Yeriniz