Əlaqə Arxiv
news Image
2020.08.20
11:10
| A A A
“Internet Explorer” 2021-ci ildə fəaliyyətini dayandırır
Bundan sonra şirkət diqqətini digər brauzeri “Edge”nin inkişafına yönəldəcək

“Microsoft” şirkəti “Internet Explorer” brauzerinin fəaliyyətini 2021-ci il avqustun 11-də tamamilə ləğv edəcəyini açıqlayıb.

Mövqe.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət bundan sonra bütün diqqətini digər brauzeri “Edge”nin inkişafına yönəldəcək.

Xatırladaq ki, "Microsoft" uzun müddətdir ki, “Internet Explorer”in fəaliyyətinə son qoymağa çalışır. Bu çərçivədə 2015-ci ildə digər brauzer “Edge”ni istifadəyə verib.

Sizin Reklam Yeriniz