Əlaqə Arxiv
news Image
2020.11.20
18:16
| A A A
EY şirkəti müsabiqəyə dəvət edir


EY Azərbaycan kiçik və orta miqyaslı şirkətləri “EY İlin İş Adamı™” 2020-2021 müsabiqəsində iştiraka dəvət edir - namizədlik üçün ərizələrin təqdim edilməsi müddəti 25 dekabr 2020-ci il tarixinədək uzadılıb 
“EY İlin İş Adamı™” 2020-2021 proqramı innovativ ideyaları və müvəffəqiyyət qazanmaq istəyi ilə bazarda aparıcı mövqe tutan, cəmiyyətə müsbət təsir göstərən kiçik və orta miqyaslı şirkətlərin və sahibkarların namizədliklərini (ərizələrini) qəbul edir.  
Kimlər iştirak edə bilər?
• Namizəd və onun təmsil etdiyi şirkət Azərbaycanda fəaliyyət göstərməlidir
• Namizəd şirkətdə ən azı son 2 ildə rəhbər vəzifə tutmalıdır
• Namizədin təmsil etdiyi şirkətin dövriyyəsi 300 min manatdan 30 milyon manatadək olmalıdır
• Namizəd son 2 il üzrə vergi nəticələrinin izlənilə bilməsini təmin etməli və maliyyə hesabatlarını təqdim edə bilməlidir
Namizədliyi necə irəli sürmək olar? 
Uyğunluq meyarları ilə bağlı daha ətraflı məlumat almaq və namizədliyi irəli sürmək üçün www.eoy.az saytına daxil olun. 
Proqramın cədvəli:
• Namizədlik üçün ərizələr 25 dekabr 2020-ci il tarixinədək təqdim edilməlidir
• Namizədliklər 2021-ci ilin yanvar-fevral aylarında müstəqil münsiflər heyəti tərəfindən qiymətləndiriləcək
• “EY İlin İş Adamı” proqramının milli mərhələsinin finalçıları və yekun qalib qala mükafatlandırma mərasimində elan ediləcək
• Milli qalib iyun ayında keçiriləcək “EY Dünya üzrə İlin İş Adamı” müsabiqəsində yarışmaq üçün imkan qazanacaq
Münsiflər heyəti: 
Namizədliklərin irəli sürülməsinin ardınca müstəqil münsiflər heyəti tərəfindən uyğunluq meyarlarına cavab verən namizədlər arasından finalçılar və qaliblər seçiləcək. Münsiflər qiymətləndirmələri namizədin liderlik xüsusiyyətləri, yenilikçiliyi, kreativliyi və marketinq bacarığı, sosial məsuliyyət və dayanıqlı inkişafa diqqət kimi müxtəlif amillərə əsaslanaraq aparacaqlar.
Məxfilik:  
Namizədliklər irəli sürülərkən təqdim olunan bütün maliyyə və fərdi məlumatlar məxfi hesab ediləcək və müvafiq olaraq qorunacaq.
Tərəfdaşlar və sponsorlar: 
“EY İlin İş Adamı™“ müsabiqəsi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə tərəfdaşlıq çərçivəsində Azərbaycan Beynəlxalq Bankı və BP-nin maliyyə dəstəyi ilə keçirilir. Ekvita konsaltinq şirkəti müsabiqənin tərəfdaşları sırasındadır.
“EY İlin İş Adamı™” proqramı haqqında:
EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı™” müsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Dünyanın ən nüfuzlu işgüzar mükafatı olan "EY İlin İş Adamı" proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını təşviq etməkdir. Öz sahəsində ilk və yeganə qlobal mükafat proqramı olaraq, "EY İlin İş Adamı" 60-dan çox ölkənin 145-dən çox şəhərini əhatə edən regional, milli və qlobal proqram çərçivəsində uğurlu, böyüyən və dinamik biznes quran sahibkarları üzə çıxarır. 

Sizin Reklam Yeriniz