Əlaqə Arxiv
news Image
2021.04.08
09:00
| A A A
Rusiyanın 5-ci nəsil “Su-57” qırıcılarına yeni pilotsuz “köməkçi” gəlir

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı ABŞ-ın “Popular Science” jurnalında yazı dərc olunub. Verilən informasiyaya görə, bu, “S-70 Oxotnik” pilotsuz uçan aparatdır. Bu aparatın tam bir eskadrilyanı əvəz edə biləcəyi qeyd olunur.

Həmin maşınlardan həm bütöv bir hərbi kampaniyada, həm də konkret bir döyüşdə istifadə oluna bilər. “S-70 Oxotnik”lərin əsas vəzifəsi “Su-57”lərin hərəkət məsafəsini artırmaq və döyüş qabiliyyətini gücləndirməkdən ibarətdir.

“Popular Science” ekspertləri bəhs olunan pilotsuz aparatın raket-bomba silahlarının da əsas qırıcı tərəfindən idarə olunacağını bildiriblər. “S-70 Oxotnik” gələcək münaqişələrin şərtlərinə cavab verəcəyinə görə Rusiya üçün həyati önəmə malik bir layihə sayılır.

"XQ-58A Valkyrie" tipli görünməz PUA

Bu ilin aprel ayıında “The Drive” analitik saytı ABŞ-ın “XQ-58A Valkyrie” tipli görünməz PUA-larının da “F-22 Raptor” və “F-35 Lightning II” tipli qırıcılara köməkçi olaraq xidmət göstərəcəyini xəbər edib. Həmin PUA-lar öz daxilindən “ALTİUS-600” dronlarını da buraxa bilir.

Sizin Reklam Yeriniz