Əlaqə Arxiv
news Image
2021.04.17
09:48
| A A A
İsveç sürətli dəmir yolları şəbəkəsi yaratmaq niyyətindədir

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, İsveç hökumətinin yeni planı çərçivəsində krallıq 2022-2033-cü illərdə avtomobil və dəmir yollarının saz saxlanılması və inkişafına 799 milyard İsveç kronu (cari məzənnə ilə təqribən 94,7 milyard ABŞ dolları) xərcləmək niyyətindədir.

Artıq yerli parlamentin çoxluğu hökumətin müvafiq qanun layihəsinə razılığını verib, bu da proqramın ən qısa müddətdə qəbul edilə biləcəyi deməkdir. Qanun layihəsi yaxın on iki ildə avtomobil və dəmir yollarının istismar edilməsi və investisiya qoyuluşu üçün maliyyə əsaslarını da müəyyənləşdirir.

Beləliklə, İsveç hökuməti əsas dəmir yolu xətlərinin genişləndirilməsinə və yeni sürətli qatar xətlərinin yaradılması haqda ilkin planlarını açıqlayıb.

İsveçin infrastruktur naziri Thomas Enerottonun fikrincə, bu proqram İsveç tarixinin hazırkı mərhələsində infrastruktura yatırılan ən böyük sərmayə olacaq. Belə ki, 799 milyard İsveç kronundan 437 milyardı məhz infrastrukturun inkişafı üçün istifadəsi nəzərdə tutulur.

Qeyd edək ki, sürətli dəmir yollarının tikintisi məsələsi bir neçə ildir İsveç hökumətinin gündəliyindədir. Lakin, bu günə qədər belə bir layihənin zəruriliyi və dəyəri barədə mübahisələrin olması səbəbindən tikintiyə başlamaq barədə qərar qəbul etmək mümkün olmayıb.

Sizin Reklam Yeriniz