Əlaqə Arxiv
news Image
2021.04.21
18:14
| A A A
Yüksək Texnologiyalar Parkının rezidenti tərəfindən xüsusi təyinatlı mühərrik yağı istehsal ediləcək

Son illərdə dünyanın xüsusi təyinatlı texnika istehsalı üzrə ixtisaslaşmış qabaqcıl ölkələrinin istehsal etdiyi qurğu daha da modern, gücləndirilmiş, sərt şəraitdə işləyə bilən variantda hazırlandığı üçün onların mühərriklərində işlədilən sürtkü yağları da yüksək istismar xüsusiyyətləri tələb edir.

Movqe.az-ın məlumatına görə, bu səbəbdən Ukrayna Hərbi Sənaye Nazirliyinin Xarkov şəhərində yerləşən texnika zavodunun rəhbərliyi AMEA-nın akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitununun bu sahədə zəngin təcrübəsini nəzərə alaraq onlara müraciət etmişdir. İnstitutun kollektivi qısa müddət ərzində daha sərt şəraitdə işləyə bilən xüsusi təyinatlı texnika üçün nəzərdə tutulmuş M-16 ИХП-3-У dizel mühərrik yağının resepturasını və istehsal texnologiyasını işləyib hazırlamışdır.

AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan Təcrübə-Sənaye Zavodunun istehsal sahəsində yaradılmış təcrübə qurğusunda sınaq partiyası hazırlanaraq Ukraynaya göndərilmişdir. Bu yağ Ukraynada xüsusi təyinatlı texnika üzərində üç mərhələli sınaqlardan uğurla keçmişdir.

Hazırda bu yağa yaranan tələbat nəzərə alınaraq onun müntəzəm istehsal prosesinin yaradılması planlaşdırılır.

Sizin Reklam Yeriniz