Əlaqə Arxiv
news Image
2021.04.22
15:46
| A A A
“İran uranın zənginləşdirilməsini daha da sürətləndirib”

İran Nətənz şəhərindəki nüvə obyektində uranın zənginləşdirilməsi üçün yeni və daha müasir sentrifuqlar quraşdırıb. Bu barədə “Reuters” agentliyi Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına istinadən xəbər yayıb. Məlumata görə, nüvə obyektinə maksimum 1 044 IR-2m sentrifuqdan ibarət altı kaskad və maksimum 348 IR-4 sentrifuqdan ibarət iki kaskad yerləşdirilib.

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyi keçən həftə Tehranın Nətənz nüvə obyektində uranın 60 faiz səviyyəsində zənginləşdirilməsinə başladığını açıqlamışdı.

Sizin Reklam Yeriniz