Əlaqə Arxiv
news Image
2021.10.22
16:15
| A A A
Azercell növbəti dəfə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatına layiq görüldü

Fəaliyyət dövrü ərzində tətbiq etdiyi şəffaflıq strategiyasının nəticəsi olaraq ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC növbəti dəfə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatı ilə təltif olunub. ABŞ-ın ən böyük akkreditasiya qurumu olan ANAB (ANSI National Accreditation Board) tərəfindən akkreditə olunmuş Türkiyənin Denetik Uluslararası Belgelendirme ve Gözetim Hizmetleri şirkətinin keçirdiyi sertifikatlaşdırma auditi Azercell-in antikorrupsiya proqramının bütün tələblərə cavab verdiyini bir daha təsdiq edib. 

Artıq bir neçə ildir ki, “Azercell Telekom” MMC xüsusi antikorrupsiya proqramını icra edir. Proqram şirkətin bütün fəaliyyət istiqamətləri üzrə korrupsiyanın qarşısının alınmasına xidmət etməklə yanaşı, həmçinin etik davranışın təbliğini, bu yöndə əməkdaşlar üçün təlimlərin təşkilini nəzərdə tutur. Qeyd olunan standartların tələblərinə maliyyə və qeyri-maliyyə nəzarətinin tətbiqi, korrupsiya halları barədə məlumat verilməsi üçün kanalların yaradılması, pozuntu hallarının araşdırılması, əməkdaşlıq edilən biznes subyektlərinin uyğunluq yoxlamasından keçirilməsi, həmin subyektlərdə korrupsiya riskinin azaldılması üzrə tədbirlərin görülməsi və s. aiddir.

Sertifikatı təhvil alan Azercell-in Hüquq, Etika və Komplayens departamentinin direktoru Şirin Əliyeva şirkətdə antikorrupsiyayadair proseduralara ciddi riayət edildiyini vurğulayıb: “Şirkətimizdə korrupsiyanın qarşısının alınması istiqamətində görülən tədbirlərin detallı dəyərləndirilməsi Azercell-in beynəlxalq müstəvidə etibarlı və yüksək korporativ mədəniyyətə malik olan bir şirkət olduğunu sübut edir. Xatırladım ki, ötən il şirkətimiz Azərbaycanda bu sertifikatı əldə edən ilk mobil operator oldu və bu il sertifikatı təsdiqləmək üçün yenidən beynəlxalq ekspertlərin apardığı daxili yoxlamanın bütün mərhələlərindən uğurla keçərək yeni sertifikatla təltif olundu.” 

 

Qeyd edək ki, ISO 37001 standartları Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən 2016-cı ildə dərc edilib və korrupsiyaya qarşı mübarizə sahəsində  qlobal səviyyədə qəbul edilmiş yeganə standart hesab edilir. 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%, ölkə ərazisi üzrə əhatə dairəsi: 94,25%, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,73% təşkil edir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

 

Sizin Reklam Yeriniz