Əlaqə Arxiv
news Image
2016.10.14
19:30
| A A A
Uçan avtomobillər satışa çıxarılacaq

Fantastik filmlərdə nümayiş etdirilən uçan avtomobillər tezliklə reallığa çevriləcək.

Movqe.az ICTnews-a istinadən xəbər verir ki, "AeroMobil 3.0" adlı uçan avtomobil 2017-ci ildə Slovakiyada satışa çıxarılacaq.

Avtomobilinin təqdimat videosu hələ 2014-cü ildə "YouTube" video hostinqində yerləşdirilib. İndi bu çarxa baxış sayı 10 milyona bərabərdir.

"Aeromobil" səmada saatda 200 km-dək sürət yığa biləcək. Avtomobil uçmaq üçün qanadlarını açmalı və ən azı 300 metr uçuş zolağı məsafəsində boş məkana malik olmalıdır. Gələcəyin avtomobili havada 1 saat uçmaqdan ötrü 15 litr yanacaq işlədəcək.

Avtomobilin qiyməti 200 min avro olacaq. Bundan başqa, belə avtomobili idarə etmək üçün yalnız sürücülük vəsiqəsi deyil, həm də pilot lisenziyası tələb olunacaq.

Sizin Reklam Yeriniz