Əlaqə Arxiv
news Image
2016.10.18
10:08
| A A A
Azərbaycanın peykindən fövqəladə vəziyyətlərdə istifadə olunacaq

Azərbaycanın "Azerspace-1" geostasionar peykinin resurslarından fövqəladə vəziyyətlərdə istifadə olunacaq. Movqe.az xəbər verir ki, bu barədə trend-ə ölkənin İT bazarındakı mənbə deyib.

Mənbənin verdiyi məlumata görə, yaxın zamanlarda Fövqəladə Hallar Nazirliyi "Azerspace-1" peykindən siqnalları qəbul edən peyk antenası ilə təchiz olunmuş avtomobillər alacaq.

Mənbə bildirib ki, avtomobil bütün peyk əlaqələri ilə təmin olunacaq: "Layihə pilot layihədir və təqimatı yaxın zamanlarda baş tutacaq".

Azərbaycanın ilk geostasionar peyki "Azerspace-1" orbitə 2013-cü ilin fevralında buraxılıb.

Sizin Reklam Yeriniz