Əlaqə Arxiv
news Image
2016.10.19
20:30
| A A A
“Instagram” masaüstü kompüterlərdə də əlçatan olacaq

Artıq "Instagram" əlavəsini "Windows 10" əməliyyat sistemli kompüterlərdə də istifadə etmək mümkün olacaq.

Movqe.az lent.az-a istinadən xəbər verir ki, bu barədə yayılan xəbər daha əvvəl bloqdan masaüstü kompüterlərin köməyi ilə yararlanan, ancaq bunun üçün əlavə resurslar əldə etməli olan istifadəçiləri sevindirib.

Uzun zaman idi ki, populyar "Instagram" əlavəsindən ancaq mobil cihazlarda istifadə etmək mümkün olub. Oktyabrın 14-dən isə tələbatlı xidmət artıq "Windows 10" əməliyyat sistemi ilə işləyən kompüterlərin istifadəsinə verilib.

Yeniliyin işində bir nüans mövcuddur. "Instagram"a yalnız kamerası olan masaüstü kompüterdən şəkil yükləmək mümkün olacaq. Ancaq ümumilikdə əlavə təxminən mobil versiyasında olduğu kimi işləyir.

Sizin Reklam Yeriniz