"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) reyslərində "Samsung
Galax Note 7" smartfonların əl yükündə və qeydiyyatdan keçən
baqajda daşınması qadağan olur.
AZAL-ın mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, bu
qərar ABŞ-ın aviasiya hakimiyyəti, eləcə də bütün dünya üzrə digər
sərnişin aviadaşıyıcıları tərəfindən analoji qadağadan sonra qəbul
edilib.
Əl yükündə smartfon aşkarlandığı halda telefon sahibi smartfonu
yola salan tanışlarından birinə verməyənədək sərnişinin təyyarəyə
minməsindən imtina edilə bilər, çünki aviaşirkət hava limanında
saxlama xidmətləri vermir.
Əgər smartfon təyyarənin salonuna bilmədən keçirilibsə, onu
dərhal söndürmək və uçuşun başa çatmasınadək söndürülmüş vəziyyətdə
saxlamaq lazımdır.
Əgər həmin smartfon baqajda aşkar olunarsa, o reysə yüklənməyəcək
və sərnişinin tələb etməsinədək hava limanında itirilmiş baqaj
bürosuna (Lost & Found) göndəriləcək.
Biz başa düşürük ki, təyyarənin göyərtəsində bu telefonun
istifadəsinə qadağa sərnişinlərdən bəzilərində narahatçılıq yarada
bilər, lakin AZAL üçün prioritet ilk növbədə göyərtədə
təhlükəsizliyin təmin edilməsidir.