"2015-ci ilin sonlarından Baş prokuror yanında Korrupsiyaya
Qarşı Baş İdarəsi tərəfindən Rabitə və Yüksək Texnologiyalar
Nazirliyində aparılan yoxlamalar nəticəsində ayrı-ayrı rəsmi
şəxsləri tərəfindən ciddi qanun pozuntularına və maliyyə
saxtakarlığına yol verildiyi üzə çıxıb. Təəssüflər olsun ki, baş
verən hadisələr nazirliyin qurumlarının maliyyə və təsərrüfat
fəaliyyətinə mənfi təsir göstərib, müəssisələrin gəlirliliyi aşağı
düşüb və müəssisələr borcla işləmək məcburiyyətində qalıb".
Movqe.az xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar
nazirinin birinci müavini Əli Abdullayev qurumda keçirilən
kollegiya iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2016-cı ilin yanvar ayının 15-dən nazirlikdə
ciddi islahatlar aparılıb: "Nazirliyin mərkəzi aparatında struktur
dəyişikliyi edilib. Həmin dəyişikliklər nəticəsində ilk növbədə
nazirliyin tabeli qurumlarına nəzarətin həyata keçirilməsi,
mütəmadi olaraq maliyyə yoxlamalarının və auditin aparılması
məqsədilə daxili nəzarət, audit şöbəsi, maddi-texniki təchizatın
bir mərkəzdə cəmlənməsi və idarə edilməsi məqsədilə təsərrüfat və
maddi-texniki təchizat şöbələri yaradılıb. Ötən dövr ərzində
maliyyə intizamının gücləndirilməsi istiqamətində təxirəsalınmaz
tədbirlər görülüb. Əvvəlki illərdən yığılmış borclar tədiyyə edilib
və onların restrukturizasiyası aparılıb. Sözügedən proseslər
nəticəsində bir sıra şişirdilmiş borclar mövcudluğu aşkar edilib,
aparılan danışıqlar nəticəsində həmin borclar azaldılıb. Belə ki,
"Huawei", "ZTE" və bir sıra şirkətlərlə bağlanmış müqavilələr üzrə
yığılmış kreditor borclarında endirimlər edilməsi üçün aparılmış
danışıqlar nəticəsində milyonlarla manat vəsaitə qənaət edilib.
Görülmüş işlər nəticəsində "Huawei" şirkətinə olan köhnə bor
tamamilə bağlanıb, "ZTE" şirkətinə olan borcların ödənişi isə
qrafik üzrə aparılıb".