Əlaqə Arxiv
news Image
2016.12.25
11:30
| A A A
"Facebook"da radio da dinləmək mümkün olacaq

"Facebook" sosial şəbəkəsi yeni "Live Audio" xidmətini sınaqdan keçirməyə başlayıb.

Movqe.az lent.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi bloqunda məlumat verilib.

Bu xidmətin sayəsində onlayn rejimdə audio yayımlar həyata keçirmək mümkün olacaq. Funksiya öncə radiostansiyalara və audiokontentlə işləməyə üstünlük verən şirkətlərə istiqamətlənib. Sosial şəbəkənin ilk tərəfdaşları BBC və LBC olublar. 

İstifadəçilər "Android" və iOS əməliyyat sistemlərində "Facebook" əlavəsində radio dinləyə biləcəklər. Bununla belə, "iPhone" və "iPad" sahibləri üçün striminq yalnız sosial şəbəkənin açıq xidmətində əlçatan olacaq. Öz növbəsində "Android" cihazların istifadəçiləri yayımları cihazın ekranı blokda olan zaman da dinləyə biləcəklər.

"Facebook" sosial şəbəkənin bütün iştirakçıları üçün artıq 2017-ci ilin əvvəlindən audio yayımlara başlamağı planlaşdırır.

Sizin Reklam Yeriniz