Əlaqə Arxiv
news Image
2018.04.28
20:13
| A A A
Britaniyalı turist: Bakıda Formula 1 yarışlarının təşkili ildən-ilə daha da yaxşılaşır

Bakıda Formula 1 yarışlarının təşkili ildən-ilə daha da yaxşılaşım.Movqe.az bildirir k, bunu  Trend-ə Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisi yarışlarını izləyən britaniyalı turist Patrik Kitinq deyib.

Turist Bakıda ilk dəfə olmadığını qeyd edib:

“Mən bu şəhəri çox sevirəm, hətta bir müddət burada yaşamışam. Azərbaycan hər zaman Formula 1-in təşkilatçılığına məsuliyyətlə yanaşıb, ildən-ilə isə təşkilatçılıq səviyəsi daha da yüksəlir”.

Qeyd edək ki, Bakıda 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisi davam edir.

Yarışın ikinci günündə Formula 1 pilotlarının üçüncü sərbəst yürüşü başlayıb. Sərbəst yürüşdə 10 komandadan 20 pilot iştirak edir.

Aprelin 29-da Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə, bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Sizin Reklam Yeriniz