Əlaqə Arxiv
news Image
2020.04.07
11:20
| A A A
Virtual səyahətimizin növbəti məkanı: Göyçay rayonu
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası "Ölkəmizi tanıyaq" layihəsinin virtual formada davamlığını təmin edir. "Vətənimizə virtual səyahət" layihəsi çərçivəsində Quba, Bərdə, Xızı, Daşkəsən, Ucar, Samux rayonları və Gəncə şəhəri ilə bağlı videoçarxlar izləyicilərə təqdim olunmuşdur. Layihə çərçivəsində növbəti tur Göyçay rayonunadır. "Göyçay" əsl türk mənşəli söz olub, sahilində yerləşdiyi Göyçay çayının adından götürülmüşdür. Təqdim olunan videoçarxda Göyçayın ərazi və əhalisi ilə bağlı ümumi məlumat verilmiş, rayonun təbəti, bir-birindən maraqlı quruluşa malik olan muzeyləri, ziyarətgahları, müasir binaları, istirahət mərkəzləri və parkları ilə bağlı fotolar verilmişdir. Göyçay rayonunun mətbəxi isə nardan hazırlanan yemək növləri (nar şərab, nar suyu, nardança və s.) ilə seçilir. Videoçarxda Göyçay rayonunun ərazisində xalqımızın tarixi keçmişini əks etdirən tarixi abidələr – Surxay qalası (XII-XVI əsr), Hacı Cəlil məscidi (XIXəsr),Yeraltı hamam (XIX əsr), Hz.Əbülfəz Əl-Abbas(ə) məscidi (XIX əsr), son illərdə inşa olunmuş xatirə abidələrdən – Azərbaycanın soyqırımına həsr olunmuş türk əsgərlərinə abidə, Soyqırım Abidəsi, 20 Yanvar şəhidlərinə həsr olunmuş xatirə kompleksi, Əbədiyaşar ədiblər kompleksi, 1941-1945-ci il Vətən Müharibəsində həlak olan döyüşçülərə həsr olunan xatirə kompleksi fotolar sırasında öz əksini tapmışdır. Videoçarxın davamında Məhəmməd Sadıq bəy Ağamzadə, Oqtay Maqsudov kimi göyçaylı generalların, Rəsul Rza, Ənvər Məmmədxanlı, Əli Kərim, İsgəndər Coşqun, Əli Səmədli, İbrahim Göyçaylı kimi şair və yazıçıların, həmçinin digər görkəmli şəxsiyyətlərin fotolarını izləyə bilərsiniz. Videoçarx zamanı dinlədiyiniz musiqi xalq artisti İslam Rzayevin ifasında "Göyçay" mahnısıdır. Göyçay videoçarxı YouTube-da yerləşdirilib: https://www.youtube.com/watch?v=MyqcfGD46Xo Təqdim olunacaq videoçarxlar davam etməkdədir.
Sizin Reklam Yeriniz