Əlaqə Arxiv
news Image
2020.12.15
08:00
| A A A
Qarabağın turizm imkanları beynəlxalq səviyyədə təbliğ edilməyə başlayıbmı?
Ruslan Quliyev:“Qarabağ turizminin təbliğatı istiqamətində Dövlət Turzim Agentliyi tərəfindən konsepsiya hazırlanıb” “İntensiv suraətdə saysız - hesabsız seminarlar, sərgilər keçirməliyik, fəaliyyətimizi daha da artırmalıyıq ki, Qarabağ turizminə beynəlxalq ictimaiyyətin diqqətini daha yaxından cəlb edə bilək”. “Xudafərin körpüsü, Azıx mağarasına da gələcəkdə turist marşrutu ola bilər”.

Azərbaycanın tarixən turizm sənayesinin böyük bir hissəsini Qarabağ, Kəlbəcər təşkil edib. Artıq Qarabağ torpaqları düşməmn  tapdağından azad olub və bu amil də Qarabağın turizim potensilanın regionda və beynəlxalq aləmində təbliğatı üçün yeni yollar açır. 
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, Milenium Konqres Turizm şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyevlə bu məsələ ətrafında danışdıq. 
- Ruslan müəllim, Qarabağın turizm imkanları beynəlxalq səviyyədə necə təbliğ olunur?
- Bəri başdan onu bildirmək istəyirəm ki, Azərbaycanda mövcud olan marşurutlar içərisində ən cəzibəli və ən maraqlı marşurutlardan biri həmişə Qarabağ marşurutu olub.  Sovet dövründə də bu marşurut hər zaman populyar idi. Sovet dövründə də ümumittifaq əhəmiyyətli marşrutlar içərisində Qarabağ marşrutuna çox maraq göstərilirdi. Sağlamlıq turizmi də daxil olmaqla ən müxtəlif istiqamətlərdə Qarabağ marşurutuna xüsusi önəm verilirdi. 
Hazırda torpaqlarımız işğaldan azad olunub və Qarabağ turizminin təbliğatı istiqamətində Dövlət Turzim Agentliyi tərəfindən konsepsiya hazırlanıb. Biz 1991-ci ildən sonrakı dövrlərdə işğal altında olan Qarağda turizimin bütün sahələri, bütün istiqamətləri çox ciddi problemlərlə üzləşib. 
- O torpaqlar işğalda olduğu dövrlərdə ölkəmiz müxtəlif beynəlxalq turizim sərgilərində tədbirlərində iştirak edib. Həmin dövrlərdə biz Qarabağın turizm potensialı haqda beynəlxalq aləmə hər hansı bir mesajlar ötürə bilirdikmi?   
- Bəli, biz hər zaman Qarabağ stendini dünya turzim sərgilərində nümayiş etdirirdik. Təbii ki, bu zaman bədxahlarımızın əsassız iddiaları ilə də qarşılaşırdıq, onlar Qarabağ “Ermənistan ərazisi” kimi qələmə verməyə cəhdlər edirdilər. Biz Qarabağ stendini Azərbaycanın turizm təqdimatının içində verirdik, düşmən isə onu ayrıca təqdim edirdi. Sözümün canı odur ki, hələ Qarabağ turizmi düşmən tapdağında olduğu dövrlərdə belə Azərbaycan bu istiqamətdə işlər görürdü, yəni biz beynəlxalq səviyyədə bu işi qurmuşduq. 
- Qarabağ turizminin cəlbediciliyi əsasən nədir?  
- Qarabağ elə bir bölgəmizdir ki, burada turizimin bütün növləri üzrə marşurutlar hazırlamaq tam mümkündür. Burada turizimin çeşidli növlərini inkişaf etdirmək, xarici turistlərin diqqətini bura yönəltmək lazımdı. Sağlamlıq, ekoturizm, dağçılıq, arxeoturizm və başqa sahələri inkişaf etdirmək üçün imkanlarımız var. Biz Qarabağı tədbirlər əyaləti olaraq da təqdim edə bilərik. 
Bilirsiz ki, Sovet dövründə Şuşada balneoloji mərkəzlər mövcud olub, orada kanat yollarının çəkilməsi üçün 42 il öncə verilmiş anonslar da var idi. Əfsuslar olsun ki, biz o günü görmədik. Unikallıq ondadır ki, bu bölgədə dini, ekoloji, aqroturizm, eləcə də turizmin digər növləri üçün əlverişli imkanlar var. Təkcə Zəngilanda çoxlu sayda termal su mənbələri mövcuddur. Zəngilan rayonunun Mincivan qəsəbəsində Araz çayının sol sahilində “Ocaq çinar” deyilən, müqəddəs sayılan bir çinar ağacı var. Şəfa şəhərlərinin qalıqları, Məmmədbəyli türbəsi və s. böyük turizm potensialı olan məkanlardır. Zəngilandakı çinar meşələrini, Bartaz qız qalasını da marşuruta sala bilərik. Bütövlükdə mineral yataqlar olan  ərazilərdə terminalların yaradılması çox aktualdır. 
Xudafərin körpüsü, Azıx mağarasına da gələcəkdə turist marşrutu ola bilər. Mədəni-tarixi abidələrimiz dağıldılsa da, onların bərpasından sonra həmin istiqamətlərə turların təşkili mümkündür.
Gələcəkdə İranla bu sahədə əməkdaşlıq olacaq. Türk birliyinin burada müasir İpək yolu layihəsi mövcuddur və biz burada böyük bir uğura imza ata bilərik. Hesab edirəm Azıxla yanaşı digər abidələrimiz də, Sarı Aşığın məqbərəsi də bu marşuruta daxil ola bilər. 
Azərbaycana daxil olmaq üçün Qars-İğdır-Naxçıvan marşrutu, İran ərazisindən dəmiryol xəttinin çəkilməsi mümkün ola bilər. Burada marşrutlar təyyarə ilə nəzərdə tutulsa da, dəmir yolunun çəkilməsi tur paketin maya dəyərini də aşağı salacaq. Hazırlanacaq baş fəaliyyət planının içərisində turizm də çox böyük yer alacaq. Bu da Azərbaycanda daha çeşidli turizm xidmətlərinin təklif olunmasına gətirib çıxaracaq.
- İndən eko turizmi üçün də imkanlar açıla bilər. Bunu necə dəyərləndirirsiniz? 
- Postsovet məkanında da insanlar Qarabağ bölgəsinə davamlı axın edirdilər. Azıx mağarası bəşəriyyət üçün unikal abidədir. Bu mağara dünyada 7 möcüzədən biri hesab olunur. Bizim Qarabağ bölgəsində UNESCO-nun irs siyahısına düşəcək abidələrimiz var. Orada quruculuq bərpa işlərinin keçirilməsi müəyyən zaman alsa da, Qarabağın turizm potensialından istifadə Azərbaycana iqtisadi baxımdan böyük qazanc gətirəcək.
Qeyd etdiyim kimi Dövlət Turizm Agentliyi tərəfindən Qarabağ bölgəsinin turizm potensialının öyrənilməsi həyata keçirilib və konsepsiya hazırlanıb. 
- Artıq bu istiqamətdə işlərə başlamağın zamanıdır…
- Biz artıq postmüharibə dövrünü yaşayırıq, cənab Prezident də bildirib ki, “Qarabağ Azərbaycandır!”.
Biz də iqtisadi blokda turizmçilər olaraq da bu inkişafa öz töhfələrimizi verməliyik. İntensiv suraətdə saysız - hesabsız  seminarlar, sərgilər keçirməliyik, fəaliyyətimizi daha da artırmalıyıq ki, Qarabağ turizminə beynəlxalq ictimaiyyətin diqqətini daha yaxından cəlb edə bilək. Azərbaycanın öz qapılarını yenidən dünya turistlərinə açmasında Qarabağ turizminin böyük bir töhfəsi olacaq. 
Leyla QARAXANLI
 

Sizin Reklam Yeriniz