Əlaqə Arxiv
news Image
2015.03.17
10:50
| A A A
Kubada inqilab: ictimai Vi-Fi açıldı

Kubada rəssam Kçoya aid mədəniyyət mərkəzində internetdən istifadəyə icazə verilib. Rəssam bunun üçün ayda təxminən 900 dollar haqq ödəməlidir. "BBC-Azərbaycan" yazır ki, Kubada əhalinin yalnız 5-25 faizinin internet xidmətinə girişi var. Ona görə belədir ki, Kubada bu xidmət son dərəcə bahadır. Məsələn, kafedə 1 saatlıq internet bağlantısı 4,50 dollara başa gəlir ki, bu da orta kubalının bir həftəlik məvacibi deməkdir.

Rəssam bildirib ki, kubalı ailələri internetə həvəsləndirmək məqsədilə Havananın qərbində açdığı mərkəzdə pulsuz internet xidməti göstərməyi qərara alıb. Heykəltəraş ictimai girişi olan Vi-Fi xidməti göstərmək üçün hökumətdən icazəsi olan yeganə sənətkardır. Fidel Kastronu son dəfə məhz bu rəssamın sərgisində görüblər.

Havananın bir sıra yerlərində bəzi qeyri-rəsmi istifadəçilər biznes Vi-Fi bağlantılarından, habelə qonşuluqda fəaliyyət göstərən qanunsuz şəbəkələrdən fayadalanırlar. Kubanın internetə bağlantısı 2013-cü ilin yanvarında ada Venesuela ilə sualtı kabel vasitəsilə bağlandıqdan sonra xeyli genişlənsə də, ölkə hələlik internetə çıxışına görə dünyada ən geridə qalmış dövlətlərdən biridir. Bu ilin yanvarından ABŞ Kuba üzərindəki bir sıra sanksiyaların yumşaldılması üçün yeni qaydalar tətbiq edib. Qeyd edək ki, ticarət embarqosu 1962-ci ildə qoyulub.

Sizin Reklam Yeriniz