Hafiz Haçıyevə xəbərdarlıq edilib
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Daxili İşlər
Nazirliyinə çağırılıb. Bu barədə APA-ya açıqlamasında DİN-in
mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov məlumat
verib. Onun sözlərinə görə, Kütləvi İnformasiya Vasitələrində
yazıçı Əkrəm Əylislinin sağlamlığına zərər yetirməsi barədə etdiyi
çağırışla əlaqədar Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev
fevralın 12-də Daxili İşlər Nazirliyinə dəvət olunub: "Ona
cinayətin törədilməsinə sövq edən çağırışının hüquqi nəticələri
izah olunub və baş verə biləcək hər hansı qanuna zidd əmələ görə
cinayətin təhrikçisi kimi məsuliyyət daşıyacağı haqda rəsmi
xəbərdarlıq edilib".
Qeyd edək ki, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev mətbuata açıqlama verərək yazıçı Əkrəm Əylislinin qulağını kəsən şəxsə 10 min manat mükafat vəd edib.
Qeyd edək ki, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev mətbuata açıqlama verərək yazıçı Əkrəm Əylislinin qulağını kəsən şəxsə 10 min manat mükafat vəd edib.