Yunanıstanda həyəcan təbili çalınıb
Movqe.az xəbər verir ki,
Yunanıstanda,
"donuz
qripi" kimi tanınan
H1N1 virusundan 12
nəfər həlak olub.
Yunanıstan Yoluxucu
Xəstəlikləri İdarə və
Tədbir Mərkəzi (KEELPNO),
ölkədə bu vaxta qədər
42 şəxsdə donuz
qripi hadisəsi təsbit
edildiyini,
bunlardan 15-in
reanimasiyada olduğunu, 12 -in həlak olduğunu
bildirib. Mütəxəssislər, yüksək
hərarət, öskürək, yorğunluq
və iştahsızlıq əlamətləriylə
meydana çıxan donuz
qripi epidemiyasına qarşı,
vətəndaşların, xəstəlik
əlamətləri olan şəxslərlə
eyni mühitdə
olmamaları,
əllərini tez-tez yumaları
və həssas əhali
qruplarına qripə qarşı
peyvənd olmaları çağırışını
edib.